image-qanunla-reklam
image-bbbbbbbbbbbbbbb-1

Beyləqan rayon Heydər Əliyev Mərkəzində “ Erkən nigah və onun fəsadları” mövzusunda maarifləndirici onlayn videkonfrans keçirildi

image-lady-day-az

24 Avqust 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində “ Erkən nigah və onun fəsadları” mövzusunda maarifləndirici onlayn videkonfrans keçirildi. Keçirilən tədbirdə yeniyetmə gənclərimiz və valideyinləri eləcədə mərkəzin əməkdaşları iştirak etdilər.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova açaraq bildirdi ki,  “Erkən nigah” ümumiyyətlə iistər Şərq, istərsə də Qərb ölkələrində çox aktual bir məsələdir. Ailə quran tərəflərin yaşlarının rəsmi nigah üçün müəyyən olunmuş yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nigahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur..Biz bu gün erkən nikahların fəsadlarını-nəticələrini boşanmaların səbəblərində axtarmalıyıq, internat evlərində uşaqların sayının artmasında axtarmalıyıq, insan alverinin qurbanı olan qadınların saylarının artmasında axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işləri aparmalıyıq.
Digər tədbir iştirakçıları da nəzərə çatdırdılar ki, Erkən nigah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.
Daha sonra “Gənclərin zərərli vərdişlərdən çəkindirilməsi”, “Qızların təhsildən yayınmasının qarşısının alınması” mövzularında diskussiyalar aparıldı..


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki