image-qanunla-reklam
image-199702994_841601236738400_4595143123931308840_n

Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Milli qurtuluşumuzun zəfər yürüşü” adlı dəyirmi masa keçirildi-FOTO

image-lady-day-az
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 15 İyun Qurtuluş gününə həsr olunmuş “Milli qurtuluşumuzun zəfər yürüşü” adlı dəyirmi masa keçirildi . Keçirilən tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndəsi Əhmədov Ramil, Beyləqan rayon Tarix diyarşünaslıq müzeyinin direktoru İsgəndərova Mehriban, Kürdəmir Regional Mədəniyyət idarəsinin məsləhətçısi Çıraqov Nazim, Beyləqan rayon YAP-nın aparıcı məsləhətçisi İsmayıllı Rafiz, Beyləqan rayon R.Ağamalıyev adına Soltanbud kənd tam orta məktəbin tarix müəllimi Məmmədov Məhəbbət, Beyləqan rayon Mədəniyyət Mərkəzinin idman metodisti Nəsibov Sahib, Beyləqan rayon statistika idarəsinin aparıcı məsləhətçisi Vətən müharibəsinin iştirakçısı Mirzəyev Ceyhun eləcədə mərkəzin əməkdaşları iştirak etdilər. .
Tədbiri giriş sözü ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Kərimova Xəyalə açaraq tədbir iştirakçılarını salamladı və bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir.
Kərimova qeyd etdi ki,qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndəsi Əhmədov Ramil çıxış edərək bildirdi ki, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Beyləqan rayon Tarix diyarşünaslıq müzeyinin direktoru İsgəndərova Mehriban,qeyd etdi ki, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı xaos və hərc-mərcliyin pəncəsindən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi. Qısa vaxtda ölkədə yaranan siyasi sabitlikdən və əldə olunan atəşkəsdən istifadə edən dahi rəhbər bütün sahələrdə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlayıb həyata keçirmək imkanı qazandı. Qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr quruldu
Kürdəmir Regional Mədəniyyət idarəsinin məsləhətçısi Çıraqov Nazim bildirdi ki,ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizin şanlı səhifəsini yazdığı diqqətə çatdırılıb. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və hər il 15 iyun Milli Qurtuluş gününü böyük coşqu ulə qeyd edir.
Beyləqan rayon R.Ağamalıyev adına Soltanbud kənd tam orta məktəbin tarix müəllimi Məmmədov Məhəbbət məruzəsində bildirdi ki, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əminamanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı
Beyləqan rayon YAP-nın aparıcı məsləhətçisi İsmayıllı Rafiz çıxışında vurğuladı ki, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin şəraitdə yenicə əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin bərpa olunması üçün ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən söz aşdı .Natiq qeyd etdi ki, Heydər Əliyev səyləri nəticəsində Azərbaycanda stabillik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmiz inkişaf etdi və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildi.
Beyləqan rayon Mədəniyyət Mərkəzinin idman metodisti Nəsibov Sahib qeyd etdi ki, Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsidir. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.
Diğər çıxış edənlər bildirdilər ki, Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və hər il 15 iyun Milli Qurtuluş gününü böyük coşqu ulə qeyd edir.

Bir 1 nəfər, ayakta, oturur və içəridə şəkili ola bilər
Bir 1 nəfər, oturur, ayakta və içəridə şəkili ola bilər
Bir 1 nəfər, ayakta, oturur və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər, oturur, ayakta və içəridə şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki