image-qanunla-reklam
image-img-20210704-wa0035-1

Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhid İlyas Nəsirovun doğum gününə həsr olunmuş tədbir keçirildi-FOTOLAR

image-lady-day-az

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhidlik adına ucalmış, o xoşbəxliyə çatmış igidimiz, qürür yerimiz İlyas Arzuman oğlu Nəsirovun doğum gününə həsr olunmuş tədbir keçirildi. Keçirilən tədbirdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi cənab Faiq Xudanlı, şəhidin anası, qardaşı, bacısı, həyat yoldaşı, övladları və doğmaları,qazilərimiz eləcədə rayon mədəniyyət müəssisələrinin rəhbərləri və rayon icra nümayəndəsi, şəhidimizin döyüş yoldaşları iştirak etdilər . Tədbir ilk öncə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb.
Sonra isə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə cıxış edənlər bildirdilər ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Sonda isə şəhidin keçdiyi döyüş yoli ilə bağlı film nümayış etdirildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki