image-qanunla-reklam
image-img-20211206-wa0023

Beyləqan rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin vəfatının 18 –ci ildönümünə həsr olunmuş konfrans keçirilib-FOTO

image-lady-day-az

Qanunla.Az xəbər verir ki,06 Dekabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin vəfatının 18 –ci ildönümünə həsr olunmuş “Tarixin böyük Azərbaycanlısı “ adlı elmi-praktik konfrans keçirilib. Keçirilən tədbirdə Beyləqan rayon Peşə məktəbinin müəllim və tələbə kollektivi eləcədə könüllü gənclərimiz, mərkəzin əməkdaşları iştirak etdilər. Tədbirdə müasir Azərbaycanın banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mərkəzin direktoru Xəyalə Kərimova tələbələrə Ümummilli lider, Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verdi. Onun müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik şəxsiyyət kimi Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğunu bildirildi.
Tədbirin sonunda Ulu öndərin əziz xatirəsinə həsr olunmuş, onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən “Dahi şəxsiyyət“ adlı videoçarx nümayiş etdirildi.

image-img-20211206-wa0017 image-img-20211206-wa0024 image-img-20211206-wa0023


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki