image-qanunla-reklam
image-img_3145

Beyləqan rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı elmi-praktik konfrans keçirilmişdir

image-lady-day-az

09 dekabr 2021- ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin eləcədə Gənclərin inkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndərin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı elmi-praktik konfrans keçirilmişdir. Keçirilən tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, rayon YAP-nın baş məsləhətçisi, idarə və müəssisələrdə çalışan fəal gənclər, Gənclər evinin kollektivi, rayon Peşə məktəbinin tələbələri, rayon ziyalıları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb dərin ehtiramla yad edildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, müasir Azərbaycanın banisi Heydər Əliyevin, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirin aparıcısı Mədinə Rzayeva Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra çıxış üçün sözü Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova bildirdi ki, Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və siyasi kursunun həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışıb.
Daha sonra çıxış edənlər Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova , YAP-nın baş məslətçisi Sabit Mehdiyev, Texniki elmləri üzrə fəlsəfə doktoru Sədi İsmayılov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Zaur Musazadə Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
Sonda “ Unudulmaz Lider” sənədli film nümayiş olunmuş və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxış keçirilmişdir .

image-img_3145 image-1639055879151 image-1639056119835 image-img_3182 image-1639056511713


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki