image-qanunla-reklam
image-1635752868493

Beyləqan rayon Heydər Əliyev Mərkəzində“Vətənpərvərlik və yuksək peşəkarlıq Ulu Öndər imzasıdır” adlı elmi-praktik konfrans keçirildi

image-lady-day-az

01 Noyabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Vətənpərvərlik və yuksək peşəkarlıq Ulu Öndər imzasıdır” adlı elmi-praktik konfrans keçirildi. Keçirilən tədbirdə Namiq Allahverdiyev adına şəhər bir saylı tam orta məktəbin müəllim və şagird kollektivi, mərkəzin əməkdaşları, könüllü gənclər iştirak etdilər .İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Xəyalə Kərimova açaraq bildirdi ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq.
Daha sonra mərkəzin əməkdaşı Rzayeva Mədinə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında geniş məlumat verdi. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi olduğu qeyd etdi.
Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı igid oğullarımızın yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələrini özündə əks etdirən “Qətiyyətin, milli mübarizənin və tarixi ədalətin qələbəsi ” adlı filmi nümayiş etdirildi.

image-1635752868493 image-1635752887609 image-1635752908613


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki