image-qanunla-reklam
image-242065842_283263216967804_1363424017839557022_n

Beyləqanda 18 sentyabr Milli Musiqi Gününə həsr edilmiş “ Milli musiqimizin Üzeyir Hacıbəyli zirvəsi “ adlı ədəbi-bədii gecə keçirildi

image-lady-day-az

16 sentyabr 2021- ci il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzi eləcədə Uşaq- Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 18 sentyabr Milli Musiqi Gününə həsr edilmiş “ Milli musiqimizin Üzeyir Hacıbəyli zirvəsi “ adlı ədəbi-bədii gecə keçirildi.Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi .
Tədbirin aparıcısı Üzeyir Hacıbəyovun həyat və yardıcılığı haqqında geniş məlumat verdi.
Daha sonra çıxış edənlər bildirdilər ki, Üzeyir Hacıbəyov Azərbaycan musiqi, ədəbiyyat, mətbuat, mədəniyyət , ictimai fikir tarixində elə bir iz qoyub ki, o iz heç vaxt örtülə bilməz, onun açdığı cığırların bu gün minlərlə yolçusu var.

Üzeyir Hacıbəyov şəxsiyyəti, sənəti bizə çox şey təlqin edir. Musiqi mədəniyyətimizdə, onun inkişafında yorulmadan çalışan Üzeyir bəy xalqımız üçün həmişə sağdır, onun mənəviyyatında, ruhunda yaşayır.
Daha sonda UGİM- nin Rəqs və Musiqi dərnəyinin üzvləri Ü.Hacıbəyovun əsərlərindən ibarət rəqslər ifa etdilər.
Sonda isə bəstəkarın həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki