Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Əliyeva Qumru Rafiq qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona ənsə nahiyəsinin əzilmiş-kəsilmiş yarası və alının sol para orbital almacıq nahiyəsinin əzikləri diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğu üçün o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Fakt araşdırılır.