image-qanunla-reklam
image-img-20211224-wa0055

Beyləqanda Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi

image-lady-day-az

24 dekabr 2021- ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Keçirilən tədbirdə hər iki mərkəzin əməkdaşları eləcədə könüllü gənclərimiz iştirak etdilər.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru açaraq bildirdi ki, bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya Azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Tədbirdə Gənclərin inkişaf və Karyera Mərkəzinin direktoru Zaur Musazadə çıxışında bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir.Eləcədə Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın bəşəri qələbəsi oldu. Bu qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi…Azərbaycanda gənclər siyasəti inamın, güvəncin siyasətidir.
Sonda isə dəyirmi masa ətrafında gənclərin fikirləri dinlənildi və diskusiyalar aparıldı, daha sonra mərkəzin əməkdaşı tərəfindən hazırlanan film nümaiş etdirildi.

image-img-20211224-wa0055image-img-20211224-wa0026image-img-20211224-wa0029-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki