image-qanunla-reklam
image-1626502783_60f27590eb8e560f27590eb8e6162650254460f27590eb8e360f27590eb8e4

Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti Fuad Muradovla görüşdü

image-lady-day-az

“STMEGİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qanunla.Aza bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə olan yəhudi icmaları ilə yaxından əməkdaşlıq edildiyi, koordinasiya və birgə fəaliyyət imkanları daim diqqətdə saxlanıldığı qeyd olunub.

G.Zaxaryayev Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Fuad Muradov medalı German Zaxaryayevə təqdim edib.

Görüşdə gələcək fəaliyyət istiqamətləri və əməkdaşlıq perspektivləri barədə də danışılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki