image-qanunla-reklam
image-ilham_eliyev_-13

BEYNƏLXALQ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİNDƏ MÜHÜM MƏRHƏLƏ

image-lady-day-az

 

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını uğurla yerinə yetirən Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə sayəsində Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğal altında saxlanılmasına son qoyuldu. Bundan sonra beynəlxalq münasibətlərdə əsaslı dəyişikliklər baş verib. VIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın milli maraqlara əsaslanan tam müstəqil xarici siyasət kursu həyata keçirməsi, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verməsi, müxtəlif məsələlərə yanaşmada ədalətli mövqe sərgiləməsi ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Respublikamızın Avropa İttifaqı və quruma üzv dövlətlərlə münasibətlərinin dərinləşməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Qurumun yüksəksəviyyəli rəsmisi səfər çərçivəsində bir sıra önəmli görüşlərə və tədbirlərə qatılıb. Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri uğurlu keçib. Deyə bilərik ki, bu səfərlə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında yeni səhifə açılıb. Şarl Mişelin simasında Aİ rəhbərliyi Azərbaycan cəmiyyətinin müasir inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan pozitiv mühitlə tanış oldu, mediaya, siyasi partiyalara ciddi basqıların hökm sürdüyü Ermənistandan fərqli olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, KİV-in azad şəraitdə inkişaf etdiyini gördü.

Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində hüququ baza rolunu oynayırdı. Bütün dövlətlər tərəfindən ratifikasiya edilən müqavilə ulu öndər Heydər Əliyev tərəfindən imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında böyük rol oynadı. Azərbaycanın Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verməsi getdikcə bu qurumla münasibətləri daha da möhkəmləndirdi. 2004-cü ildə Avropa Şurası Avropanın şərqində və cənubunda yerləşən 16 qonşu ölkə arasındakı siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərini formalaşdıran Avropa Qonşuluq Siyasəti konseptinə Azərbaycanı da daxil etməsi bu nüfuzlu qurumun da ölkəmizlə əməkdaşlığın möhkəmləndirməsində maraqlı olduğundan xəbər verirdi. Bu məsələdə ölkəmizin əsas məqsədi siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət idi.

Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələr ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul etdiyini dəfələrlə diqqətə çatdırıb. Bu, o deməkdir ki, Avropa ölkələrinin əksəriyyəti Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik. Hazırda qonşu ölkələrlə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energetika sahəsində mövcud münasibətlər daha da inkişaf etdirilir.

Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə qaz böhranı, qiymət problemi yoxdur. Cənub Qaz Dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir.

Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir. Bu, bizim qəti fikrimizdir.

Gülər İsgəndərova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki