image-qanunla-reklam
image-3b7dbf14-0a5a-3bf1-94c1-c047c5b92d7f_850

“Beynəlxalq ictimaiyyət rəsmi Tehrandan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb etməlidir” – RƏY

image-lady-day-az

“Xatırlayırsınızsa, 2000, 2002 və 2006-cı illərdə, yekun olaraq isə 2015-ci ildə Nardaranda dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə əməllər vüsət aldı və bunun fonunda hüquq-mühafizə orqanlarının adekvat addımları oldu. Nəticədə bu qanuna və hüquqazidd proseslərin təşkilatçıları və digər iştirakçıları məsuliyyətə cəlb olundu”.

Bu fikirləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib.

Bəhruz Məhərrəmov

Bəhruz Məhərrəmov

Onun sözlərinə görə, cinayət təqibi zamanı çoxsaylı faktlarla müəyyən edildi ki, bu proseslərin çoxunun arxasında İran xüsusi xidmət orqanlarına bağlı olan insanlar dayanır, hədəf də Azərbaycanın konstitusion quruluşudur: “Lakin, nədənsə, o zaman beynəlxalq ictimaiyyət, xüsusən, hüquq müdafiə təşkilatları başqa bir ölkənin Azərbaycanın daxili işlərinə qarışması, Azərbaycanda konstitusion quruluşun xalqın iradəsinin ziddinə olaraq zorla dəyişdirmə təşəbbüsü və cəhdlərinə yox, ayrı-ayrı əməli tam formada, şübhə doğurmayan çoxsaylı mötəbər dəlillərlə sübut edilmiş şəxslərin müdafiəsinə qalxdılar. Üzərindən illər keçib və təəssüflər olsun ki, bu gün də həmin dairələrdən eyni ikili standartları müşahidə etməkdəyik. Bu dəfə isə artıq İranın açıq təcavüzkar çağırışları, təhdid ritorikası fonunda beynəlxalq hüququn aliliyinin tapdalanmasına həmin təsisatların susqunluğu və hərəkətsizliyini müşahidə etməkdəyik. Münaqişəyə son qoyulmuş, yeni əməkdaşlıq mühiti formalaşmış bölgədə bu cür ritorika Azərbaycan üçün yox, bütövlükdə region üçün sülh və sabitliyi təhdid edir. Beynəlxalq ictimaiyyət rəsmi Tehrandan ölkələrin, konkret olaraq Azərbaycanın ərazi bütövlüyünə yalnız sözdə yox, əməldə də hörmətlə yanaşmağı tələb etməli, İran hakimiyyətinə beynəlxalq sanksiya təhdidi altında dövlətlərin daxili işlərinə qarışmamaq, güc tətbiqi ilə hədələməmək və digər təcavüzkar bəyanatlardan, eləcə də separatizmə dəstək əməllərindən çəkinməsi şərti qoyulmalıdır”.

Deputat qeyd edib ki, mövcud situasiya və İranın qeyri-adekvat addımları Azərbaycanı qorxutmur: “Bizi narahat edən yeganə məqam regionda yaratdığımız reallıq fonunda əməkdaşlıq mühitinə kölgə salınması cəhdləridir ki, burada da itirən yalnız beynəlxalq sanksiyalar altında çaşıb qalan İranın özüdür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki