image-970_50
image-bacb713e-95bf-3ddf-ba13-b0f5a74056d0_850

Beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçirilir

image-728_90

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb.  

Açıq dinləmələr 2 gün davam edəcək.

COVID-19 pandemiyası səbəbindən dinləmələr videofarmatda keçirilir.

Beynəlxalq Ədalət Məhkəməsinin bəzi hakimləri Böyük ədalət zalında keçirilən dinləmələrdə şəxsən iştirak etsələr də, bəzi üzvlər, eləcə də tərəflərin nümayəndələri də şəxsən və videoəlaqə vasitəsilə prosesə qoşulublar.

Dinləmələr davam edir.

09:29

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Dinləmə yerli vaxtla saat 12.00-da (Bakı vaxtilə saat 14:00) bu səhifədən canlı yayımlanacaq.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki