image-qanunla-reklam
image-1729766939_31412d9e50a33e3e24914024ccd36e90-780x470

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

image-lady-day-az

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

Prezident cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezident cənab İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərdə səsləndirilən fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi. Əsas diqqət göstərilən məsələlərdən biri məhz ölkəmizin gələn ay COP29-a ev sahibliyi oldu. Cənab Prezidentimiz eyni zamanda, Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında çıxış etdi. Prezident cənab İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Builki Sammitin əsas mövzusunun “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi” olduğunu, tədbirdə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısının və BMT-nin Baş katibinin qatıldığı, BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin mövzusuna diqqət yetirdikdə bu məsələnin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu, ölkəmizin daim bu istiqamətdə çağırışlar etdiyi diqqətdən kənarda qalmır. Belə ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Uğurlu təcrübə

Prezident cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirakı zamanı qeyd etdiyi kimi, dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir.

Azərbaycanın bu istiqamətdə fəaliyyətinin miqyasını təsəvvür etmək üçün BMT Baş Assambleyasından sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövrünü yada salmaq kifayətdir. Dünyanın 120 dövlətinin təmsil olunduğu ən böyük siyasi təsisat kimi böyük nüfuza malik Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunan Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması ölkəmizin böyük nüfuzunu daha da artırdı. 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərarın qəbul olunması da ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü idi. Quruma üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü bir il də artırılaraq ötən ilin sonlarında başa çatdı. Hərəkata sədrliyi dövründə prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsiplər üzərində quran Azərbaycan digər beynəlxalq təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylərini artırdı. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı cənginə alan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etsə də, Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar daim üzvlər tərəfindən təqdir edildi. Multikultural dəyərlərə sadiqliyini atdığı addımları ilə təsdiqləyən Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi xeyirxahlıq nümunəsi kimi beynəlxalq səviyyədə dəstəkləndi. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına yönəldi. Qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin, ərzaq, enerji və humanitar böhranların mövcud olduğu müasir dünyada Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin maraqlarının müdafiəsi, bir-birini dəstəkləyən təsisat deyil, beynəlxalq arenada daha fəal rol oynayan platforma olduğunu fəaliyyəti ilə təsdiqlədi.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki