image-qanunla-reklam
image-1617169457_nar

Biləsuvar polisi torpağa basdırılmış narkotik və silah-sursat aşkarladı

image-lady-day-az
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində odlu silah və iki kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Z.Ağayev Biləsuvar rayonu ərazisində saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı ondan 6 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadığı evin həyətyanı bağ sahəsinə keçirilən baxış zamanı torpağa basıdırılmış plastik qabın içərisindən iki kiloqram 89 qram narkotik vasitə heroin, 1 ədəd üzərində “VZOR 70” yazılmış tapança və 16 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki