Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Məhəmməd Füzuli oğlu Fərəcli və rayonun Ağayrı kənd sakini, 2004-cü il təvəllüdlü Sadiq Namiq oğlu Abıyev arasında münaqişə baş verib. Nəticədə sonuncu bıçaqla qətlə yetirilib.
Onların iş yoldaşları olduğu bildirilir.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb.