image-qanunla-reklam
image-c072dea3-e295-3409-9e43-f4e116174fc3

Biləsuvarda qəza: Traktor yük maşını ilə toqquşdu, sürücüsü xəstəxanalıq oldu – FOTO/VİDEO

image-lady-day-az

Biləsuvar rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Füzuli rayonu Kürdmahmudlu kənd sakini, 1983-cü il təvəllüdlü İmankişiyev Ceyhun Vilayət oğlunun idarə etdiyi traktorla Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Sücayət Ramazan oğlunun idarə etdiyi “Mercedes Ateko” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində traktorun sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki