Ələt-Astara magistralının Biləsuvar rayonunun Əsgərabad kəndindən keçən hissəsində avtomobil qəzası baş verib.
Qanunla.Az xəbər verir ki, əks istiqamətdə hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəzada “Mercedes” və “Opel” markalı minik avtomobillərində olan 5 nəfər xəsarət alıb. Biləsuvar rayon sakinləri – “Opel”in sürücüsü İmanov İmanəli Səmid oğlu, Şirəliyeva Mətanət Qəzənfər qızı, Salayev Miryusif İbrahim oğlu, Quluyev Rəşad Akif oğlu, Qarayev Nihad Ərzuman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar MRX-na yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.