image-qanunla-reklam
image-245899586_1289405831500804_3058289582744963387_n

Biləsuvarda şəhid leytenant Mirzəyev Elmar Şahin oğlunun xatirəsi ehtiramla anıldı-FOTO

image-lady-day-az
16 oktyabr 2021-ci il tarixində Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzəyev Elmar Şahin oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Vətən müharibəsində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhid baş leytenant Elmar Mirzəyevin təltif olunduğu “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medallarını onun valideyninə təqdim etdi. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Elmar Şahin oğlu Mirzəyev – 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq “leytenant” hərbi rütbəsi alıb və 2016-cı ildən hərbi xidmətə başlayıb. Subay idi.
Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elmar Mirzəyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 16 oktyabrda doğulduğu Ağalıkənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elmar Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Səmil Şahlaroğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki