image-970_50
image-img_20211203_143346

Binəqədi də əhalini ölümlə üz-üzə qoyub narazılığına səbəb olan – YOL KEÇİDİ PROBLEMİ

image-suni_mayalanma_qiymeti
Binəqədi rayonu, Azadlıq prospektində əhalinin yolu təhlükəsiz keçməsi üçün üst keçid quraşdırılıb. Lakin buna baxmayaraq bu üst keçiddə eskalatorlar 4 aydan çoxdur ki, işləmir.  2 ay əvvəl bir iki dəfə təmir edilir görüntüsü ilə eskalatorda işçilər görünsədə əfsuslar olsun ki, ancaq eskalatorlar bir gün də olsun belə əhalinin istifadəsinə verilərək işləmədi.
Əhali sıx olaraq Azadlıq metrosundan çıxdıqdan sonra ən yaxında olan üst keçiddən müntəzəm istifadə etməsi bu üst keçidi daha vacib etsədə burada eskalatorların işləməməsi böyük problemlər yaradıb. Belə ki, üst keçiddəki pilləkənlərin çox hündür olması oradan piyada keçməyi zülmlü hala salıb. Bir dəfə piyada keçən elə yorulub əziyyətə düşür ki, bir daha  oradan piyada keçmir. Məcbur qalan əhali yolu qarşıya keçmək üçün  kilometrlərlə   piyada yol getməlidirlər ki, uzaqlıqda olan zebra zolaqlı yolla qarşı tərəfə keçsinlər ya da avtomobillərin sürətlə getdiyi yolu qaydaları pozaraq, ən vacibi özlərinin və sürücülərin həyatını təhlükəyə ataraq piada  yolu keçirlər. Zebra xəttinə yol çox çox uzun oldugu üçün üçün məcbur qalan əhali  maşınların sürətlə keçdiyi prospekt yolundan  piyada keçirlər.
Rezonans.az-a daxil olan şikayət də qeyd olunub ki,  burada maşınların piyadaları vurması demək olar ki, hər gün olur. Yoldan orta məktəbdən çıxan balaca uşaqlar, yaşlı insanlar da orta yaşlı insanlar da istifadə edirlər. Demək olar ki, eskalatorun işləmədiyini görən sakinlər üst keçiddən belə heç zaman istifadə etmirlər. Özləri və həyatları üçün çətin olsada özlərini təhlükəyə atıb yolu piyada keçirlər.
Halbuki dövlət əhalinin rahatlığı və təhlükəsizliyi üçün böyük məbləğdə xərclərlə üst keçid inşa etdirib.
Aidiyyatı qurumların  biganəliyi əsaslı, haqqlı şəkildə əhalinin qəzəbinə və narazılığına səbəb olub.
Əhali tərəfindən bildirib ki, deyillər eskalator  elektriklə(işıqla) işlədiyinə görə işlətmirlər. Səbəbin isə özləri çox yaxşı bilirlər.
Məsələ ilə bağlı keçidin çıxışında qeyd olunan, qaynar xətt nömrəsiylə əlaqə saxlasaqda cəhdlərimiz boşa çıxıb.
Əminik ki, tezliklə aidiyyatı qurumlar minlərlə əhalinin təhlükəsizliyinin xidmətində olan bu yerüstü keçiddə quraşdırılan eskalatoru  əhalinin istifadəsinə verərək ölümlə üz-üzə qoymayacaqlar.
Məsələ həllini tapana qədər nəzarətdə saxlayacağıq.
image-img_20211203_143228
image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki