Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.
İlkin məlumata əsasən, on yeddi mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Təhlükəsizlik tədbirləri baxımından dərhal ərazidə qaz təchizatı dayandırılıb. SOCAR “Azəriqaz” İB-nin rəhbər şəxsləri hadisədən çox keçməmiş partlayış baş verən ərazidə olublar. Faktla bağlı araşdırma aparılır.
Ətraflı video materialda: