image-qanunla-reklam
image-qeza-kamaz

Bir ailənin 3 üzvü qəzaya düşdü: ölən var

image-lady-day-az

Hacıqabulda bir ailənin 3 üzvü qəzaya düşüb.

Qanunla.Az xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Kamaz” markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Samir Məmmədov hadisə yerində ölüb.

Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Füruzə Əsəd qızı Məmmədova və 1955-ci il təvəllüdlü Sahib Fərzəli oğlu Məmmədov xəsarət alaraq Şirvan Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki