image-qanunla-reklam
image-ilham-eliyev-esas

Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir

image-lady-day-az

Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir.

Gənclərimizə, onların sağlam, bilikli, vətənpərvər insan kimi böyüməsinə hər zaman ciddi diqqət yetirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu istiqamətdə çox işlər görüb. İdmanla bağlı müxtəlif dövlət proqramlarının, qanunverici aktların qəbulu gənclərin bu sahəyə marağını daha da artırıb. Sevindirici haldır ki, nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara cavab verən idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gənclərin həm asudə vaxtlarının səmərəli keçirməsinə, həm də zərərli vərdişlərdən uzaq olmasına zəmin yaradıb. Gənclər və idman siyasəti Azərbaycan dövlətinin prioritet sahələrindən biridir.  Bu sahənin inkişafı ilə bağlı kifayət qədər işlər görülüb.  Görülən işlərin nəticəsidir ki, müxtəlif idman yarışlarında Azərbaycan bayrağı daim ucalarda dalğalanır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
İdman sahəsinə göstərilən qayğının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uğuru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı XXXIII Paris Yay Olimpiya Oyunlarında gəlmişdir. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır.
Bu gün Azərbaycanda idmana maraq artmaqdadır.  Adını dünya idman tarixinə yazdıran idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar.  Bütün bunların əsasında hökumətin idmanla bağlı həyata keçirdiyi doğru,  düşünülmüş idman siyasəti dayanır. İdman infrastrukturlarının qurulması,  bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal alıb.  Demək olar ki,  bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb,  həm də maddi texniki baza vardır.
XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçiləri ilə görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır.  İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
Azərbaycan idman siyasətində əldə etdiyi uğurlara görə dünya ölkələri arasında mühüm yer tutur. Bu zamana kimi bir sıra mötəbər idman yarışları təşkil olunub və artıq kifayət qədər dərin təcrübə əldə olunub. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi olduğundan dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir.
Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

Azərbaycan güclü idman dövlətidir.

Dünyanın ən mötəbər yarışlarında – Olimpiya, Paralimpiya oyunlarında, dünya, eləcə də Avropa çempionatlarında, həmçinin digər nüfuzlu turnirlərdə qazanılan qələbələr, respublikamızın demək olar ki, bütün bölgələrində qurulan mükəmməl idman infrastrukturu beynəlxalq dairələrdə də dönə-dönə vurğulandığı kimi, Azərbaycanı getdikcə möhkəmlənən, qabaqcıl idman dövlətinə çevirib.
İnsan həyatının ayrılmaz tərkib hissəsi olan idmanın ölkəmizdə geniş vüsət alması təsadüfi deyil. Bu sahə dövlətin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də məhz bu qayğının parlaq göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i Azərbaycan Respublikasında “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Bu, Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir tarixdir. Məhz 1995-ci il martın 5-də Ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Azərbaycan idmançılarının Paris Yay Olimpiya Oyunlarında göstərdikləri nəticə, ölkəmizin dünyanın ən güclü 30 ölkəsi arasında yer alması böyük nailiyyətdir və əldə olunan uğur sübuta yetirir ki, Azərbaycan güclü idman dövlətidir.
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır və məhz dövlətimizin başçısının gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə, sağlam həyat tərzi sürmələrinə, idmana verdiyi yüksək önəm bu gün Azərbaycan idmançılarının Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında əldə etdikləri uğurları şərtləndirən başlıca amil kimi dəyərləndirilməlidir.
Cənab Prezident XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çox mühüm bir məqama diqqət çəkdi və idmançılarımızın davranış qaydalarının hər bir azərbaycanlını sevindirdiyini vurğuladı. Həqiqətən də, olimpiyaçılarımız, xüsusilə də qızıl medal qazanan, digər yüksək mükafatlara layiq görülən idmançılarımız öz davranışları ilə yüksək idman mədəniyyəti nümayiş etdirməklə yanaşı, ləyaqətli, qürurlu, ədalətli, vicdanlı azərbaycanlı obrazının bütün cizgilərini qabarıq şəkildə təqdim etməyi bacardılar və bu Azərbaycan idmanının ikiqat uğuru kimi dəyərləndirilməlidir.
Bir çox hallarda hakimlərin ədalətsizliyi, idmançılarımızın zədələnmələri, bəzən isə, sadəcə şansızlıq idmançılarımızın daha çox medal qazanmalarına mane oldu. Amma cənab Prezidentin qeyd etdiyi kimi, bu idmandır və burada qələbə də məğlubiyyət də olur. Əsas odur ki, Azərbaycanda idmana maraq gündən-günə artır, idmanın ən müxtəlif növləri inkişaf edir. Şübhə etmirəm ki, qarşıdakı Yay Olimpiya oyunlarında daha böyük uğurlara imza atacaqlar.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Daha çox medal qazana bilərdik.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub.
Gərgin idman mübarizəsindən daha çox siyasi manipulyasiyaları, haqsızlıqları, zəif təşkilatçılığı ilə diqqətlərə hakim kəsilən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 30 illiyinin tamam olunduğu gündə – iyulun 26-da start götürən “Paris-2024” Yay Olimpiya Oyunları da tarixə qovuşdu. Sayca 33-cü dəfə keçirilən, 16 gündə 329 dəst medalın öz sahibini tapdığı bu beynəlxalq turniri müstəqilliyinin bərpasının 33-cü baharını yaşayan ölkəmiz üçün uğurlu hesab etmək olar. İdman mütəxəssislərimiz, məşqçilər də “Azərbaycan” komandasının daha çox medal qazanacağına, ümumi nəticənin daha yüksək olacağına böyük ümid bəsləyirdilər. İdmançıların bir neçəsi də yarışdan sonra nəticəsindən narazı qaldığını, hədəfinin yüksək olduğunu dilə gətirdi. Di gəl ki, idmanda bəzən olar dediklərin olmur, gözləmədiklərin baş verir. Elə Paris Olimpiadası da bu baxımdan bir neçə yarışçımız üçün sürpriz oldu deyə bilərik. Xüsusilə də sərbəst güləş üzrə titullu idmançılarımız, təəssüf ki, bəslənən ümidləri doğrultmadı.
Bütün idman növləri üzrə nəticələrə nəzər salsaq ölkəmizin idman şərəfi Parisdə layiqincə qorundu deyə bilərik. 91 ölkənin idmançılarının fəxri kürsüyə çıxdığı olimpiyadada Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla sıralamada Qazaxıstan, Polşa, Avstriya kimi iddialı komandaları arxada buraxıb 30-cu olmağı bacardı.
Beynəlxalq turnirdə ən əsas və yaddaqalan məqam isə idmançılarımızın bütün haqsızlıqlara rəğmən özünü ləyaqətlə aparmaları, əsl Azərbaycan idmançısına yaraşan hərəkətləri, humanist davranışları, jestləri ilə seçilmələri oldu. Bir sözlə, ölkə başçısının da böyük fəxrlə vurğuladığı incə, vacib amil bu olimpiadaya öz möhürünü vurdu: “Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur”.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.

Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də, ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malik ölkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
Prezident cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Gənclərin idmana maraqları artır.

Azərbaycan idmançılarının Paris Yay Olimpiya Oyunlarında göstərdikləri nəticə, ölkəmizin dünyanın ən güclü 30 ölkəsi arasında yer alması böyük nailiyyətdir və əldə olunan uğur sübuta yetirir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır və məhz dövlətimizin başçısının gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə, sağlam həyat tərzi sürmələrinə, idmana verdiyi yüksək önəm bu gün Azərbaycan idmançılarının Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında əldə etdikləri uğurları şərtləndirən başlıca amil kimi dəyərləndirilməlidir.
Cənab Prezident XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çox mühüm bir məqama diqqət çəkdi və idmançılarımızın davranış qaydalarının hər bir azərbaycanlını sevindirdiyini vurğuladı. Həqiqətən də, olimpiyaçılarımız, xüsusilə də qızıl medal qazanan, digər yüksək mükafatlara layiq görülən idmançılarımız öz davranışları ilə yüksək idman mədəniyyəti nümayiş etdirməklə yanaşı, ləyaqətli, qürurlu, ədalətli, vicdanlı azərbaycanlı obrazının bütün cizgilərini qabarıq şəkildə təqdim etməyi bacardılar və bu Azərbaycan idmanının ikiqat uğuru kimi dəyərləndirilməlidir.
Prezident idmançılarla görüşündə idmanla bağlı gələcəyin anonsunu da verdi. Ölkə başçısı bildirdi ki, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq: “Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq.
Cənab Prezidentin qeyd etdiyi kimi,  Azərbaycanda idmana maraq gündən-günə artır, idmanın ən müxtəlif növləri inkişaf edir. Şübhə etmirəm ki, qarşıdakı Yay Olimpiya oyunlarında daha böyük uğurlara imza atacaqlar”.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki