image-qanunla-reklam
image-1657894389_thumb

Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq

image-lady-day-az

Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq

Bu gün dünyanın siyasi arenasında hökmüranlıq rolu ilə çıxış etməyə çalışan böyük güclər qlobal səviyyədə mübarizə aparırlar. Şərq-Qərb müstəvisində mübarizə formasına çevrilən bu qarşıdurmada əsas məqsəd regional qarşıdurmaları alovlandırmaq, sülhə əngəl olmaqdır. Adətən belə mübarizələrdə artıq sınaqdan keçirilmiş və tarix boyu Ermənistanın yerinə yetirdiyi siyasi metoddan geniş istifadə olunur. Bu siyasi metod, siyasi proses qlobal güclərin regionda sabitliyi pozmaq, öz məqsədlərinə çatmaq üçün siyasi iradə göstərə bilməyən region dövlətlərindən istifadə etməsini özündə ehtiva edir. Hər zaman böyük güclərin, ayrı-ayrı dövlətlərin əlaltısı, maşası olmuş Ermənistan bu gün də eyni siyasi ssenari sərgiləyir. Cənubi Qafqazda siyasi sabitliyi pozmaq üçün əşya kimi istifadə olunan Ermənistan xarici havadarlarının verdiyi silahları böyük həvəslə qəbul edir. Regional proseslər onu deməyə əsas verir ki, başqa qitələrdə yerləşən dövlətlərin vədinə aldanan Ermənistan hökuməti yeni təxribata əl atmağa hazırlaşır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə dəfələrlə Ermənistanı və dünyanı xəbərdar etmişdir. Ölkəmizin paytaxtı Bakı şəhərində  Zəfər parkının açılışı zamanı yenidən bu mövzuya toxunan Cənab prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq.

Qana susayan və silahlanan düşmənin nəzərə almadığı bir məqam var : Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Vətən Müharibəsi və lokal xarakterli antiterror əməliyyatı zamanı düşmənə layiqli cavab verən, ona sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu yüksək döyüş ruhu ilə istənilən təxribatda düşməni darmadağın edəcək gücə malikdir. Əgər düşmən yenidən biabırçı şəkildə məlub olmaq istəmirsə Azərbaycan kimi siyasi qətiyyət, iradə göstərməli və başqa dövlətlərin göstərişlərini yerinə yetirməkdən imtina edərək regional sabitliyə, sülhə dəstək verməlidir.

Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru Elvin Xəlilov

 

 

Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq.

Vətən müharibəsində ağır məğlubiyyətlərdən, xüsusilə də Şuşa işğaldan azad edildikdən sonra Ermənistan tərəfi təslim olmaq məcburiyyətində qaldı. Azərbaycan Ordusu müharibə qaydaları daxilində apardığı hərbi əməliyyatlar düşmən ordusunun belini qırdı. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Məhz bu gün xalqımız 44 günlük Vətən müharibəsində qalib gəlməyin qürurunu yaşadı. Üçtərəfli Bəyanat canlı yayımda Ali Baş Komandanımız və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalandı. Ermənistan Baş naziri Nikol Paşinyanın isə sənədə harada və necə imza atdığı bəlli deyil… 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu Bəyanat Ermənistan üçün kapitulyasiya aktı oldu. İmzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan bu rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub. Bu da hərbi qələbəmizin və ölkə başçısının diplomatik məharətinin nəticəsində mümkün oldu. Bəyanata əsasən, Azərbaycan və Ermənistan arasında əsirlərin və cəsədlərin mübadiləsi həyata keçirilib. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şuşa şəhəri, Xocavənd, o cümlədən Hadrut qəsəbəsi, Kəlbəcər, Ağdam, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yollar, yüksəkliklər, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur.Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi. Qeyd edək ki, Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra imzaladığı sərəncamlarla Vətən müharibəsinin başlandığı gün – 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr isə Zəfər Günü kimi təsis edilib. Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi 2024-cü iyunun 12-də başa çatıb. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Rəhilə Xəlilova.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki