image-qanunla-reklam
image-prezident_aliyev_181224_2

Biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini diqqətlə izləyirik

image-lady-day-az

Biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini diqqətlə izləyirik.

Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrin də Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb. Biz vəziyyəti başa düşərək bununla razılaşdıq, bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz. Prezident Azərbaycanın Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izlədiyini vurğulayıb: “Artıq yeni müraciətlərimiz olub. Biz onları bu yaxınlarda göndərmişik və Rusiyanın müdafiə sənayesi hazır olduqda, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odur ki, mən bu prosesi obyektiv səbəblərdən müvəqqəti olaraq dayandırılmış hesab edir”. Bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır: “Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik. Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər”.Prezident İlham Əliyev əlavə edib ki, ermənilər İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. “Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”, – dövlət başçısı vurğulayıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Muzey bələdçisi Xanım İmanova

 

 

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır.

Azərbaycan və Rusiya arasındakı münasibətlər tarixin dərinliklərinə söykənən dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edir. Hər iki ölkənin siyasi rəhbərlikləri dəfələrlə vurğulamışlar ki, bu münasibətlər qarşılıqlı etimad, hörmət və ümumi maraqlar üzərində qurulmuşdur. Azərbaycan həqiqətlərinin dünyaya dəqiq və düzgün çatdırılması istiqamətlərində həyata keçirdiyi işlər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev növbəti dəfə tanınmış kütləvi informasiya vasitələrindən birinə geniş müsahibə verib. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu tərəfdaşlığın davamlılığını və gələcək perspektivlərini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Rusiya həmişə çətin vaxtlarda bir-birinə dəstək olub və dostluq münasibətlərini qoruyub saxlayıb. Bu,  real hadisələrə və mövcud əməkdaşlıq təcrübəsinə əsaslanan bir həqiqətdir. İki ölkə arasında münasibətlər tarixi, mədəni və iqtisadi əlaqələrə əsaslanır. Hər iki ölkə beynəlxalq səviyyədə bir çox məsələlərdə yaxın mövqelərə malikdir, bu da onların regional və qlobal sabitliyə töhfə verməsinə şərait yaradır. Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq münasibətlərin vacib aspektlərindən biridir. Dövlətimizin başçısı müsahibəsində vurğulayıb ki, hər iki ölkə iqtisadi-ticari əməkdaşlıq üçün yeni sahələr axtarışındadır. Hazırda Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın qeyri-neft məhsullarının Rusiya bazarına çıxarılması, xüsusilə də kənd təsərrüfatı sahəsindəki əməkdaşlıq bu tərəfdaşlığın vacib hissəsini təşkil edir. Eyni zamanda, Rusiya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən enerji, tikinti və nəqliyyat sektorlarında fəal iştirak edirlər. Azərbaycan və Rusiya arasında mədəni əlaqələr hər iki xalqın qarşılıqlı anlaşmasını daha da dərinləşdirir. Azərbaycanda rus dili geniş şəkildə tədris olunur, Rusiya universitetləri ilə əməkdaşlıq çərçivəsində çoxsaylı tələbələr təhsil alır. Rusiyada yaşayan milyonlarla azərbaycanlı diaspor isə ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Eyni zamanda, Rusiya-Azərbaycan mədəniyyət günləri, müxtəlif sərgilər və konsertlər xalqlar arasında dostluğun rəmzinə çevrilib. Azərbaycan və Rusiya arasında münasibətlər yalnız ikitərəfli deyil, həm də regional əməkdaşlıq səviyyəsində inkişaf edir. Xüsusilə, Xəzər dənizi regionunda və Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində birgə fəaliyyət hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır. Bu layihələr regional inteqrasiyanı artırmaqla yanaşı, yeni iqtisadi perspektivlər açır. Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı hörmət və strateji maraqlara əsaslanan etibarlı tərəfdaşlığın nümunəsidir. İki ölkə arasında əlaqələr nəinki indiki vəziyyətdə möhkəmlənir, həm də gələcəkdə daha da dərinləşəcək. Bu münasibətlər yalnız hər iki ölkənin milli maraqlarına deyil, eyni zamanda regional sabitlik və əməkdaşlığın inkişafına da xidmət edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Rusiya arasındakı tərəfdaşlıq münasibətləri çətin vaxtlarda öz möhkəmliyini sübut etmişdir və bu əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək.


Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı  Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki