image-qanunla-reklam
image-b63826f716363825043084644931031752

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq

image-lady-day-az

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq.

2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində dönüş nöqtəsidir. Həmin gün şanlı Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə 30 illik həsrətə son qoyan əks-hücum əməliyyatına başladı, torpaqlarımız düşmən taptağından azad edildi və uzun illərdən sonra əsl müstəqilliyimizə, ərazi bütövlüyümüzün bərpasına nail olduq. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə qalibiyyət salnaməsi yazdı.

Prezident cənab İlham Əliyevin Anım Günündə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi “Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu müharibədə qazanılan qələbə tarixdə əbədi qalacaq. Azərbaycanın rəşadətli ordusu 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”.

Bu Qələbə nəticəsində tarixdə əbədi yaşayacaq, dövlətimizi qalib dövlət, xalqımızı qalib xalq olaraq təsdiqləyən Zəfər salnaməmiz yazıldı. Azərbaycan dövləti müharibəni hərbi-siyasi yollarla həll etməklə öz torpaqlarının və taleyinin sahibi olduğunu bütün dünyaya sübut etdi. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımzı azad edilən torpaqlarda dalğalandırmış qəhərəmanlarımıza dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq.

Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülmüş və bundan sonra da görüləcəkdir.

Bakıda açılışı olan Zəfər parkı Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb.

Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.

44 günlük Vətən müharibəsi zamanı dövlətimizin ərazi bütövlüyünün bərpası və əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək tarix yazan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hüzn və ehtiramla anırıq. Şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu qəlbimizdə əbədi yaşayacaq, biz var olduqca onların ürəyi qəlbimizdə döyünəcək.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova 

 

 

Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır.

Bir neçə gündür ki, xalqımız böyük bayramların sevinci ilə yaşayır. Necə deyərlər, ölkəmizdə bayram-bayrama, şənlik-şənliyə, sevinc-sevincə qarışıb. 8 Noyabr Zəfər Günü, elə həmin gün Bakının mərkəzində Zəfər Parkının açılışı və Prezident cənab İlham Əliyevin öz ailə üzvləri ilə həmin tədbirdə iştirakı və xalqa müraciəti, ertəsi gün milli qürurumuz olan Bayraq Gününün təntənəli qeyd edilməsi. Həmin gün də Prezident İlham Əliyev öz ailə üzvləri ilə bərabər Bayraq meydanında olub və dövlətimizin başçısı Azərbaycanın üçrəngli Bayrağını ucaldıb. Bütün bu uğurları müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Ordumuzun qüdrəti sayəsində qazandıq.

Dövlət başçımızın 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə andiçmə mərasimindəki nitqindən bəzi məqamları xatırladaraq deyib  etmək istərdim ki, ölkə rəhbəri o zaman bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq. Son illər bütün sahələr üzrə qazanılan uğurlar da bunu göstərdi. Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində ərazisnin 10 hektara yaxın olduğu Zəfər parkının, Zəfər abidəsinin açılışının reallaşması, Zəfər muzeyinin inşa edilməsi tarixi Qələbəmizin növbəti nümunələridir. Dövlətimizin başçısı qeyd etdi ki, şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci, həm  də İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Dünya birliyi də şahid oldu ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Müharibə başlayanda ölkəmizə qarşı qərəzli olan beynəlxalq təşkilatların, həmçinin ermənipərəst dövlətlərin təzyiqlərinə baxmayaraq, heç kim bizi dayandıra bilmədi. 2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı, demək olar ki, düşmənin belini qırdı. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. Həmin gündən Azərbaycan dünyada rəsmən Qalib, Ermənistan isə məğlub dölət kimi tanındı: “ Möhtərəm Prezidentimizin dediyi kimi, indi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi”. Ölkə başçısı dedi ki, biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi – ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.
Bu gün dünya birliyi də “Qarabağ Azərbaycandır”! reallığını qəbul edib.  Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində dünyanın bir sıra dövlətlərinin yaxından iştirakı, həmçinin işğaldan azad edilmiş ərazilərdə nüfuzlu beynəlxlaq tədbirlərin keçirilməsi də bunu təsdiqləyir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Bu Qələbə bizimlə əbədi olacaq.

Bakıda açılışı olan Zəfər parkı cənab Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb. Parkın açılışndı iştirak edən ölkə başçısı tarixi nitq söyləyərək bir daha Azərbaycan xalqının mübarizə əzmini dünyaya bəyan etdi. Ölkəmizin başçısı bir daha bildirdi ki, bu qələbə Azərbaycan xalqının qanı, canı bahasına əldə edilib və tarximizin şanlı səhifələrindən biri və birincisidir. 200 illik erməni məkrinə, erməni separatizminə və nəhayət 30 illik işğala son qoyan Zəfərə gedən yol heç də hamar olmamışdır.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yaranan, zaman keçdikcə güclənən, mübarizə əzmini heç vaxt irtirməyən ordunun formalaşdırılması strategiyanın hazırlanması və ardıcıl olaraq həyata keçirilməsi bu qələbənin əsasını təşkil edir.
Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu proses dönməz xarakter aldı və Müzəffər sərkərdənin dediyi kimi hər gün müharibəyə hazırlıq prosesinə start verildi. Ordu möhkəmləndirildi, iqtisadiyyat gücləndirildi, xarici siyasətdə ardıcıl və inamlı mübarizə davam etdirildi. Bunun nəticəsi olaraq Azərbaycan ordusu öz müdrik sərkərdəsinin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində nəinki Zəfər qazandı, həmçinin erməni mifini, “Böyük Ermənistan” xülyasını darmadağın etdi.”
Bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycan əsgəri və zabiti əsrlər boyu böyük maraqla oxunacaq qəhrəmanlıq dastanları yazdı. Hərbçilərimiz torpaqlarımızın hər qarışı uğrunda cəsarətlə vuruşdular, şirin canlarını belə Vətən uğrunda qurban verməkdən çəkinmədilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Silahlı Qüvvələrimiz 30 ilə yaxın işğalda qalmış ərazilərimizi düşməndən azad etdilər. Azərbaycan Ordusunun əməliyyatlar zamanı həyata keçirdiyi döyüş taktikası bu gün də dünyanın bir çox aparıcı ölkələrinin hərbi mütəxəssisləri tərəfindən diqqətlə öyrənilir. 10 dekabr 2020-ci ildə Bakıda, Azadlıq Meydanında keçirilən Zəfər paradı döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Zəfər paradı Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuşdur. Zəfər Paradı yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi etdirdi.

Ölkəmizin başçısı xalqımızın, dövlətimizin humanist, bəşəri ideyalarla yaşadığını, bölgədə sülhün bərqərar olması naminə hər cür çətinliklərə dözdüyünü, lazım gələndə isə qəzəbini düşmənin başına şimşək kimi çaxdırmağını simvolizə edərək dedi: “İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.”

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki