image-qanunla-reklam
image-1621255772_esger-18

“Biz yalnız işğal altındakı torpaqlarımızı azad etməmişik, biz həm də…”

image-lady-day-az

Naqif Həmzəyev: “Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır”

“Biz 44 günlük Vətən müharibəsi nəticəsində sadəcə işğal altındakı torpaqlarımızı azad etməmişik, biz həm də erməni faşizmini məğlub etməklə bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsinə töhfə vermişik”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili ordumuzun hərbi təlimlərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:

“Azərbaycanın sülhpərvər dövlət olduğu, heç bir dövlətin ərazisində gözü olmadığı bütün dünyaya məlumdur. Bu baxımdan ordumuzun həyata keçirdiyi təlimlərdən hər hansı dövlətin narahat olması üçün əsas yoxdur. Lakin bu da bir həqiqətdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətlə tarix yazan ordumuzun döyüş hazırlığının qorunub saxlanılması vacibdir. Bu, sadəcə Azərbaycanın təhlükəsizliyinin deyil, ümumilikdə regionun təlükəsizliyinin təmin edilməsi baxımından mühüm önəm kəsb edir. 44 günlük Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır. Odur ki, ordumuzun döyüş hazırlığının qorunub saxlanılması və inkişafına xidmət edən bu cür tədbirlərin mühüm əhəmiyyəti var və belə tədbirlərin bundan sonra da gerçəkləşdirilməsi vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki