image-qanunla-reklam
image-1736286566-resize

Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi

image-lady-day-az

Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi.

COP 29 çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər haqqında danışan cənab Prezident, ölkəmiz tərəfindən 14 təşəbbüs irəli sürüldüyünü bildirdi. Bu faktın özü, Azərbaycanın məsələyə nə qədər ciddi yanaşdığının göstəricisidir. Əlbəttə, cənab Prezidentin də söylədiyi kimi, bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Regionda həmin vaxta qədər buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, bir başa ölkəmizin təqdimatı idi.

Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu.  Reallıq budur ki,  COP29 böyük bir çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq.  Bu reallıq da diqqətə çatdırıldı ki,  COP-a  ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan  bunun da öhdəsindən gələ bildi. Ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı oldu. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki,  yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, Ermənistanda gedən silahlanma prosesi  Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan  sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar.

Ölkə Prezidenti bir daha bu çağırışı etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan deyil, onunla həmrəy olan islamofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə  qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. Əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.

Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin dörd ildir uzanmasını önə çəkərək bildirib ki, Ermənistanın himayədarlarının göstərişləri ilə hərəkət etməsi  prosesə öz mənfi təsirini göstərir. Siyasətində heç zaman müstəqil olmayan, bu və ya digər dövlətlərin maraqlarının müdafiəçisinə çevrilən Ermənistanın artıq ciddi düşünməsi zamanıdır. Dövlətimizin başçısı bu çağırışı etdi ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu, imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik:  “Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər.”

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki