Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi.
İqlim dəyişikliyi həm ətraf mühiti, həm də insan hüquqlarını təhlükə altına almaqla, qlobal miqyasda geniş təsir göstərən ciddi problemdir. İqlim böhranı həyatımızın hər bir aspektinə təsir göstərərək, yaşayış hüququndan sağlamlıq və qida, təmiz suya çıxışdan sığınacaq hüququna qədər müxtəlif fundamental hüquqları risk altına alır. Xüsusilə həssas qruplar üçün bu təsirlər daha dramatikdir. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyi ilə mübarizənin sosial ədalət və insan hüquqları ilə necə sıx bağlı olduğunu bir daha göstərdi. “COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirdi. 2024-cü ildə Bakıda keçirilən COP29 konfransı Azərbaycanın iqlim siyasətinin və qlobal səylərinin təqdim edilməsi baxımından çox mühüm tədbir oldu. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev iqlim dəyişikliyinin qlobal miqyasda artan təhdidlərinə qarşı ölkənin apardığı mübarizəni təqdim etdi və bu sahədə beynəlxalq əməkdaşlığı daha da gücləndirmək üçün çağırışlar etdi. Bu çağırışlar Azərbaycanın dünya miqyasında iqlim dəyişikliyi məsələlərinə verdiyi önəmin bir göstəricisidir.
Konfransda Azərbaycanın daha bir əsas mesajı iqlim dəyişikliyi ilə mübarizənin yalnız dövlətlərarası deyil, həm də hər bir fərdin məsuliyyəti olması ilə bağlıdır. Bu, birgə fəaliyyət, həmrəylik və qlobal bərabərlik tələb edən bir çağırışdır. İqlim dəyişikliyi ilə mübarizə yalnız iqlim və ekologiya məsələsi deyil, həm də sosial ədalət və insan hüquqları məsələsidir. Bu səbəbdən, COP29-da verilən çağırışlardan biri də “Yaşıl dünya naminə həmrəy olaq” mesajı idi ki, həmin çağırış iqlim dəyişikliyi ilə mübarizənin hər kəsin birgə səyi ilə həll olunmasının vacibliyini vurğulayır. İqtisadçıların rəylərinə əsasən COP dünyanın ən böyük tədbirlərindən hesab olunur. COP29 da bu kontekstdən fərqlənən tədbir oldu. Gözlənildiyi kimi COP29 çərçivəsində Azərbaycana 80 minə yaxın xarici vətəndaş gəlmişdir. 1-24 Noyabr tarixlərində Bakıda keçirilən konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul etmişdir. Ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbirlərdən hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividendlər qazandırdı. Bu da bir tərəfdən, xüsusən də, Azərbaycanın turizm potensialının təqdim edilməsi baxımından vacibdir. Bu, turizmin inkişafına xüsusi töhfə verəcək. COP tədbirləri ölkənin təqdimatına xüsusi imkan yaratdı. Ona görə də turizm də Azərbaycan üçün əsas sahələrdən olduğuna görə bu, turizmin inkişafını stimullaşdıracaq. Sərmayenin cəlb edilməsi baxımından üstünlüklərə malikdir. Çünki həm də bu yalnız turizm sektoru deyil, bütövlükdə ölkənin iqtisadi potensialının təqdim edilməsinə imkan yaradacaq. Bu kontekstdən sərmayələrin cəlb edilməsi, ölkə iqtisadiyyatının inkişafının təşviq edilməsinə imkan yaradacaq. İqtisadi inkişaf startegiyasına əsasən postneft dövündə iqtisadiyyatın əsas istiqamətlərindən biri turzim sektoru olacaq. Bütövlükdə COP29 Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan vacib tədbirlərdəndir. Ona görə də bu, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan tədbir hesab olunur. Ölkəmiz iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq etmiş ölkələrin hər biri üçün məqbul olacaq təkliflər vermişdir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin alternativ enerji potensialı da yüksək dəyərləndirilir. COP29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir daha təsdiqləyir ki, dünya birliyi ölkəmizə və onun Liderinə inanaraq böyük etmad göstərir.
Bahar Qurbanova- Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı
Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsi.
1990-cı illərdən 2024-cü ilə kimi Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun hal-hazırda işğal altında olan anklav kəndləri: Sofulu,Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarıldı. Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır. Bu tarixi hadisə də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət xadimik kimi aktivinə yazılmalıdır. Çünki məhz Azərbaycan Prezidentinin həm hərbi, həm də diplomatik sahədə müəyyən etdiyi xətlər üzrə inkişaf edən Azərbaycan dövləti, Azərbaycan Ordusu Azərbaycan xalqının dəstəyi ilə, Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi. “O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”, Prezident Əliyev demişdi. Şübhəsiz ki, Qazaxın 4 kəndinin dinc yolla qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən Müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi anti-terror tədbirləri ilə əldə etdiyi zəfərin davamıdır. Son proseslər bir daha göstərdi ki, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək. Qarşıda isə Azərbaycanın suverenliyinin daha da möhkəmləndirilməsi, Ermənistanla sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya prosesinin müsbət davamı var.
Bünyatova Alidə Eldar qızı- Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi.