ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında münaqişə yaranıb.
Qanunla.az xəbər verir ki, bu barədə AP nəşri məlumat yayıb.
Məlumata görə, ATƏT-in Nazirlər Şurasının Maltadakı iclasında rusiyalı nazir Qərbi eskalasiya və ölkəsi ilə birbaşa münaqişəyə təhrikdə ittiham edib.
“Əfqan rüsvayçılığından sonra yeni ümumi düşmənə ehtiyac yaranıb. Nəticə Soyuq müharibənin reinkarnasiyasıdır, lakin indi onun qaynar fazaya keçməsi riski daha böyükdür”, – Lavrov bildirib.
Blinken xatırladıb ki, vəziyyət məhz Moskva Şimali Koreya qoşunlarını Avropada yerləşdirməklə, Ukraynaya qarşı orta mənzilli ballistik raketdən istifadə etməklə və onun enerji sektorunu vurmaqla gərginləşib.
“Cənab Lavrov hər bir üzv ölkənin öz seçimini etmək hüququndan danışdı. Söhbət məhz bundan gedir: Ukraynanın və xalqının suveren haqqı gələcəklə bağlı öz seçimini etməkdir, bu seçimin Moskva və onun rəhbərliyi altında edilməsinə imkan verməməkdir”, – Blinken bildirib.