image-970_50
image-1641186860-73cade5d-eecb-3b98-988a-362ac0571000_850

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana təşəkkür edib

image-suni_mayalanma_qiymeti

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının peyvənd bərabərliyi qətnaməsini dəstəkləyib.

Qanunla.Az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin adından qeyd edilən bəyanatda deyilir.

“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri kimi dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvənd təmin etmək üçün qlobal səylərdə liderlik rolunu davam etdirəcək. BMT Baş Assambleyasının 76-cı prezidentinin Yeni il qətnaməsinə qoşuluram. Mən peyvənd bərabərliyini dəstəkləyirəm”, – Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin tviterdəki hesabındakı paylaşımda yazılıb.

BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyevə peyvənd bərabərliyi qətnaməsinə verdiyi dəstəyə görə təşəkkür edib.

“Səfir Yaşar Əliyev, peyvənd bərabərliyinə verdiyiniz dəstəyə görə təşəkkür edirəm”, – onun tviterdəki hesabında bildirilib.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki