image-qanunla-reklam
image-b2b3e669-7877-30e6-ab07-5f2024756751_850

BMT Baş katibi Əfqanıstanda məsciddə törədilən terror aktını pislədi

image-lady-day-az

BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstanın Qunduz vilayətdə məsciddə törədilən terror aktını pisləyib.

Qanunla.az xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

“BMT Baş katibi bu vəhşi hücumu qınayır və qurbanların ailələrinə başsağlığı verir”, – Dujarrik qeyd edib.

Qeyd edək ki, Əfqanıstanın şimalındakı Qunduz əyalətindəki Seyid Abad məscidində güclü partlayış nəticəsində 100-ə yaxın insan ölüb, xeyli sayda insan yaralanıb.

Hücum insanların cümə namazına toplaşdığı vaxt baş verib. İlkin məlumatlara görə, kamikadze məscidin daxilində partlayıcı qurğunu işə salıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki