image-qanunla-reklam
image-1629401584-modern-az-19-08-2021-1629396136-1

BMT bu şərtlə “Taliban”la danışmağa hazırdır

image-lady-day-az

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş liderlərinin dəqiq kimlər olduğu müəyyənləşəcəyi təqdirdə, “Taliban”la danışmağa hazır olduğunu bildirib.

Qanunla.Az xəbər verir ki, bu barədə Quterreş BMT-nin mənzil qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ-ın paytaxt Kabildəki hava limanından tamamilə çəkilməsindən sonra BMT-nin aeroportu idarə edə biləcəyinə dair suala cavab verən Quterreş bildirib ki, BMT-nin indiki şəraitdə hava limanını istismar etməsi real deyil.

BMT rəhbəri Əfqanıstanda bütün etnik qrupları təmsil edən hökumətin qurulmasını və insan hüquqlarına hörmət edilməsini istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki