image-qanunla-reklam
image-93fdf094-a2e8-3f47-a18e-41747bfec54c_850

BMT Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək

image-lady-day-az

BMT Təhlükəsizlik Şurası bu ay Əfqanıstan, Yəmən, Suriya və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək.

Qanunla.az TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın ümumdünya təşkilatındakı daimi nümayəndəsi, noyabrın 1-dən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Xuan Ramon de la Fuente Ramires mətbuat konfransında bildirib.

“Noyabrın 9-da qeyri-bərabərlik və münaqişə mövzusunda açıq debat olacaq. Sədrliyi Meksika prezidenti Andres Manuel Lopez Obrador edəcək. Korrupsiyaya, münaqişələr üzrə bərabərsizliyə təsiri vaxtında təhlil etmək planlaşdırılır. Biz bəyanatı təsdiqləyəcəyimizə ümid edirik”, – daimi nümayəndə bildirib.

Onun sözlərinə görə, noyabrın 16-da beynəlxalq sülh və təhlükəsizlik mövzusunda açıq debat keçiriləcək. “Müzakirələrin məqsədi BMT təsisatları ilə Təhlükəsizlik Şurası arasında əlaqələri gücləndirməkdir”, – diplomat əlavə edib.

Noyabrın 22-də atıcı silahların dövriyyəsinin sülh və təhlükəsizliyə təsiri ilə bağlı tədbir keçiriləcək. Bundan əlavə, Bosniya və Herseqovina, Somali, Yəmən, İraq, Liviya, Suriya və ümumilikdə Yaxın Şərqlə bağlı görüşlər keçiriləcək. “Noyabrın 17-də Əfqanıstanla bağlı iclas keçiriləcək”, – BMT Təhlükəsizlik Şurasının sədri bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki