BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq barədə qətnamə qəbul edilib.
Qanunla.Az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Sənəddə qeyd olunub ki, KTMT öz sülhməramlı potensialını, regional təhlükəsizlik və sabitlik sistemini möhkəmləndirmək, terrorizmə və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, narkotik və silahların qanunsuz dövriyyəsi, nizamsız miqrasiya və insan alverinə qarşı mübarizə, eləcə də təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində əhəmiyyətli praktiki töhfə verir. Bu isə beynəlxalq təşkilatın məqsəd və prinsiplərinin həyata keçirilməsinə şərait yaradır.
“Baş Assambleya BMT baş katibinə və KTMT baş katibinə müxtəlif formatlarda keçirilən ikitərəfli təmaslar və forumlar çərçivəsində müntəzəm məsləhətləşmələri davam etdirməyi tövsiyə edib”, – məlumatda bildirilib.