image-qanunla-reklam
image-1731409774_5303425407103656219

BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik

image-lady-day-az

BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik.

Güclünün gücsüz üzərində hakimlik iddiaları, ikili standartlardan qaynaqlanan ədalətsizlik, geosiyasi maraqların toqquşması nəticəsində bölgələrdə yaranan gərginlik ən çox müsəlman ölkələrinə təsir göstərir. ABŞ-ın müsəlman ölkələrinə qarşı açıq, ikili standart siyasəti dövlətlərin ərazi bütövlüyü üçün təhlükələr törətməklə həlli müşkül problemlər yaradır, insanlar məhrumiyyətlərlə üzləşirlər. Dövlətlərin müstəqilliyi üçün ən böyük təhlükə olan ikili standartlar güclünün gücsüz üzərində hakimliyi olmaqla beynəlxalq hüquq normalarını da, ədaləti də “gücsüzləşdirir.” Bu vəziyyəti təsdiqləyən nümunələr isə istənilən qədərdir. İkili standartlara ən bariz nümunə illərdən bəri Qərbin dəstəyi ilə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarını zəbt edən Ermənistana heç bir təzyiq göstərilmirsə, işğalçı cəzalandırılmırsa, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin həllinə etinasızlıq göstərilirsə, demək “beynəlxalq hüquq normaları” adlı prinsiplər gəlişi gözəl sözlərdən başqa bir şey deyildir.. Haqlı ilə haqsıza eyni yanaşma “ikili standartlar”ın mahiyyətini tam ifşa edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. “Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”.

Bu gün Azərbaycan diqqət mərkəzindədir. Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Azərbaycanın multikulturalizm ölkə olduğu bütün dünyaya məlumdur. Buranı gəzən, müxtəlif dinlərə aid kilsələr, sinaqoqlar görə bilər. Dövlətimizin ərazisində müxtəlif azsaylı xalqlar yaşayır və onlar Azərbaycan vətəndaşı kimi hüquqlara malikdirlər. Azərbaycanda yaşayan xalqların nümayəndələri, mehriban bir ailə kimi yaşayır. Multikulturalizm dövlətimizin siyasətinin bir parçasıdır, həmişə buna önəm verilib. Bugün Azərbaycana gələn istənilən xalqın nümayəndəsinə qonaqpərvərlik göstəririk. Müxtəlif ölkələr arasında siyasi əlaqələrin genişləndirilməsi,Azərbaycanda turizmin inkişafına təsir edir. Bu da öz növbəsində ölkəmizə xarici ölkələrdən gələn qonaqların sayının artmasına şərait yaradır. Ölkələrarası böyük tədbirlərin təşkili, müxtəlif xalqların nümayəndələrinin bir arada görüşməsinə səbəb olur. Bu da ölkələrarası əlaqələrin genişlənməsinə səbəb olur. COP 29 da belə tədbirlərdəndir. İnanırıq ki, Azərbaycandakı dinlərin, xalqların və millətlərin nümayəndələri, daim sülh və barış içində yaşayacaqlar.

Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbin Dil-Ədəbiyyat müəllimi Ağayeva Rüxsanə

 

 

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra  biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi

Torpaqlarımız düşmən işğalında qaldığı otuz ilə yaxın vaxt ərzində Ermənistan silahlılarının Azərbaycan ərazisindən qeyri-şərtsiz çıxması haqqında  BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadan kağız üzərində qaldı. Bu illər ərzində özünü qlobal güc hesab edən heçbir dövlət Ermənistana təzyiq etmədi. Əksinə biz bu dövlətlərin günümüzdə olduği kimi qəsbkar Ermənistana müxtəlif adlar altında hərbi və digər yardımlarının şahidi olduq. Dünyaya dırnaqaqrası demokratiya dərsi keçən və ikili standart sərgiləməyi siyasi kurs olaraq seçən, islamafobiyanın, Türkfobiyanın geniş vüsət aldığı, təbliğ olunduğu bu dövlətlər bütün siyasi metodlardan istifadə edərək hərcür qarayaxma kampaniyası ilə vətənimizdə keçirilən COP29 sammitini boykot etməyə çalışdılar. İllərdir öz yurdundan didərgin düşmüş bir milyondan çox azərbaycanlını, həyatını itirən minlərlə soydaşımızı, dağıdılmış, talan olunmuş şəhərlərimizi, kəndlərimizi görməzdən gələn bu qüvvələr bu gün Azərbaycanın qələbəsini, Ali Baş Komandan İlham Əliyevin dünya siyas arenasındakı uğurlarını, ölkəmizin artan gücünü həzm edə bilmirlər. Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra özünü müstəqil QHT adlandıran qurumların və erməni lobbisi tərəfindən maliyələşən siyasətçilərin ölkəmizə qarşı dezinformasiya yayması, şər-böhtan atması daha geniş vüsət aldı. Bakıda keçirilən COP29 sammitini bir ildən artıqdır ki, boykot etməyə çalışan bu dairələr Azərbaycanın qobal və regional gücündən, dünyadakı nüfuzundan xəbərsiz idilər. Bu siyasətçilərin BMT kimi dünyanın mötəbər tirbunalarından etdiyi qarayaxma dolu çıxışlara ramən ölkəmizdə keçirilən COP29 sammitinə 196 ölkədən 72 min qeydiyyatdan keçmiş iştirakçı olmuşdur. Qeydiyyatdan keçənlər arasında 80 Prezident, Vitse-Prezident və Baş nazir vardır. Bu Azərbaycanın dünya siyasi arenasında qazandığı möhtəşəm qələbənin nəticəsidir. Xalqımızın qonaqpərvərliyi, paytaxtımızın, vətənimizin gözəlliyi, ölkəmizin təhlüksizliyi qarşısında öz heyranlığını gizlədə bilməyən COP29 sammitində iştirak üçün vətənimizə üz tutan xarici qonaqlar bəzi xarici media qurumlarının sərgilədiyi fikirlərin qarayaxma, şər-böhtan olmasının şahidi olurlar. Bu gün dünya Bakıda toplaşıb və bu gün dünya bizim haqq olduğumuzu, haqq üçün mübarizə apardığımızı, tükənməyən potensialımızı və gücümüzü heyranlıqla izləyir.

Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru Elvin Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki