image-qanunla-reklam
image-img_20211122_100654

Bolqarıstanda prezident seçkilərinin qalibi bəlli oldu

image-lady-day-az

Bolqarıstanın hazırkı dövlət başçısı Rumen Radev 64,5% səslə dünən keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Qanunla.Az xəbər  verir  ki, araşdırma məlumatları Bolqarıstanın Nova telekanalında canlı yayımlanıb. “Gallup International” sosioloji agentliyinin exit-pollunun nəticələrinə görə, Radevin nəticəsi 65,7% təşkil edir.

Hər iki araşdırma göstərir ki, Bolqarıstanın ən yüksək dövlət vəzifəsinə daha bir namizəd – Sofiya Universitetinin rektoru Anastas Hercikov Radevə uduzur. Trend agentliyinin məlumatına görə, o, səslərin 33,6%-ni, Gallup International-ın məlumatına görə – 31,5%-ni toplayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki