Abşeron rayonu, Hökməli qəsəbəsində piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Bolt” şirkətinin sürücüsü Şücai Məhəmməd Şirəli oğlu taksi kimi idarə etdiyi “Hyundai Accent” markalı 77- XQ-609 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Hökməli qəsəbəsinin daxili yolunda şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən piyada Tağıyev Vaqif Vidadi oğlunu vurub.
Qəza nəticəsində T.Vaqif aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Abşeron RPİ-nin İstintaq İstintaq şöbəsində Azərbaycan Respublikasi CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.\\Milli.Az