image-qanunla-reklam
image-1627211905-modern-az-25-07-2021-1627211086

Boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə ÖLDÜRDÜ

image-lady-day-az

İyulun 24-də səhər saatlarında Bakının Binə qəsəbəsində yeni yaşayış massivində dəhşətli qətl hadisəsi törədilib.

Qanunla.Az xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış – işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Hadisə yerindən qaçan Meyxoş həmin vaxt ərazidə xidmət edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayəti törədən şəxs prokurorluğa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.(qafqazinfo.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki