image-qanunla-reklam
image-6d7f920abb2b65d913da6618a32b4503

Boykot uğursuz oldu

image-lady-day-az

Boykot uğursuz oldu.

Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda çox güclü mövqelərə sahib çıxmış,  nəticədə dünya ölkələri böyük etimad göstərərək, COP29 beynəlxalq konfransın Azərbaycanda keçirilməsi barədə səs vermişlər. Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu.

Bu ilin 7 yanvar tarixində cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərkən COP29 beynəlxalq tədbirinin ölkəmizdə uğurla həyata keçirilməsindən danışaraq qeyd etdi ki, “Daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz idi. Bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi. Avropa Komissiyasının Prezidentinin iştirak etməməsinə gəldikdə, bildiyimə görə bu, Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi.

COP29-un təşkilat komitəsi Avropa Komissiyası ilə təmas qurdu və qarşı tərəfə bildirdi ki, COP iki həftə ərzində keçirilir və səfər etmək üçün kifayət qədər vaxt var. Yeri gəlmişkən, BMT-nin Baş katibi iki dəfə səfər etdi – tədbirin açılışında və bağlanışında. Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. Buna baxmayaraq, təşkilatçılıq baxımından bu, həqiqətən də uğur hekayəsi oldu. Mən bunu bir dəfə qeyd etmişəm ki, bizim cəmi 10 şikayətimiz var idi və onlar dərhal həll edildi”

Biz COP29 beynəlxalq konfrasının yüksək səviyyədə keçirilməsinin, dünya ictimaiyyətinin ölkəmizin və xalqımızın növbəti uğurunu izləməsinin şahidi olduq.

Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki