image-qanunla-reklam
image-1617257369_42815d54-f4be-3582-9686-989d81832eae_850-1

Böyük Dəbilqə: 7 cüdoçumuz mübarizəyə başlayır

image-lady-day-az
Bu gün Azərbaycanın 7 cüdoçusu Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançılardan Kəramət Hüseynov 1/16 finalda Nikolae Foça (Moldova), Davud Məmmədsoy Emirhan Karahan (Türkiyə) ilə üz-üzə gələcək.
66 kq-dakı Nicat Şıxəlizadə 1/16 finalda Natan Berns (İrlandiya) / Çingizxan Saqinaliyev (Qırğızıstan) cütünün, Orxan Səfərov Kennet Van Hansbeke (Belçika) / Jeremi Sayvel (Malta) duelinin qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında 48 kq-da mübarizə aparan Leyla Əliyeva 1/16 finalda Katarina Tanzer (Avstriya) ilə, bu çəkidəki Aişə Qurbanlı isə 1/8 finalda Hənifə Özcan (Türkiyə) / Anastasiya Pavlenko (Rusiya) cütünün qalibi ilə görüşəcək.
52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Kehin Janqın (Çin) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki