image-qanunla-reklam
image-zaxarova-gulur

Böyük Vətən müharibəsində yarımçıq qalan iş… – Zaxarova

image-lady-day-az

Bu gün Rusiyanın müdafiəçiləri Böyük Vətən müharibəsi illərində yarımçıq qalanları cəbhə xəttində tamamlayırlar: düşməni məhv edirlər.

Qanunla.az xəbər verir ki, bu sözləri TASS-a Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin ordu günü (23 fevral – red.) münasibətilə rusiyalılara video-təbrikində bildirib.

“Mən hər kəsi Vətənin Müdafiəçisi Günü münasibətilə təbrik etmək istərdim. Bir sıra səbəblərə görə bu il qeyri-adidir. Təbii ki, bu, Böyük Qələbənin 80-ci ildönümünün qeyd olunduğu ilə görə. Gördüyümüz kimi, o vatx qələbə əldə edildi, lakin düşmən tam məhv edilmədi. İndi cəbhə xəttində olan adamlarımız tarixən edilməli olan işi başa çatdırırlar. Bunlar o vaxtlardan bəri davam edən eyni düşmənlər və eyni bəlalardır”, – o vurğulayıb.

Zaxarova qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə 2025-ci il Vətənin Müdafiəçisi İli elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki