image-qanunla-reklam
image-1630874833-fotojet-52

Braziliya-Argentina oyunu buna görə 4-cü dəqiqədə dayandırıldı

image-lady-day-az

DÇ-2022-nin seçmə mərhələsində Braziliya Argentina yığmasını qəbul edib.

Qanunla.Az “Sports.ru”ya istinadən xəbər verir ki, oyunun başlanmasından dörd dəqiqə sonra matç dayandırlıb. Məlumata görə, Argentina yığmasının dörd futbolçusu karantin rejimini pozaraq ölkəyə daxil olublar.

Bildirilib ki, daha sonra meydana Braziliya Milli Sağlamlıq Nəzarət Agentliyinin əməkdaşları və polislər daxil olub.

Qeyd edilib ki, karantin qaydalarını pozan Emiliano Martines, Emiliano Buendia, Covanni Lo Çelso, Kristian Romero Böyük Britaniyadan Braziliyaya gələndən sonra 14 gün karantində olmalı idilər.

Məlumata görə, Argentina yığmasının futbolçuları meydanı tərk ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki