2024-cü ildə keçiriləcək Millətlər Liqasında Cənubi Amerikanın 10 yığması iştirak edəcək.
Qanunla.Az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Zbiqnev Bonek məlumat verib.
O, Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Perunun A Liqasında, Boliviya, Paraqvay, Venesuela və Ekvadorun isə B Liqasında mübarizə aparacağını bildirib.
Qeyd edək ki, bütün qarşılaşmaların Avropada keçirilməsi nəzərdə tutulur.