ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 2014-cü ilin sentyabr ayının 30-dan bəri ilk dəfə 97 dollar həddini keçərək 97,38 dollar təşkil edib.
“Qanunla.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 93,31 dollara yüksəlib.