Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.
Qanunla.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, müdafiə attaşesi kimi leytenant-komandir (Bir çox ölkələrdə Hərbi Dəniz Qüvvələri və Dəniz Aviasiyasında rütbə) Gavin Tarbard təyin edilib.
“Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək”, – məlumatda vurğulanıb.