image-qanunla-reklam
image-1638995367-modern-az-08-12-2021-1638993202

Britaniya COVID qaydalarını sərtləşdirir

image-lady-day-az

Böyük Britaniyada koronavirusun yeni “Omicron” ştamının yayılması ilə daha sərt məhdudiyyətlər tətbiq ediləcək.

Qanunla.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson məlumat yayıb.

Hökumət tətbiq etdiyi “B planı”na görə, gələn həftədən vətəndaşlar evdən iş formatına keçəcəklər.

Dekabrın 10-dan bir sıra ictimai yerlərdə, xüsusən də teatr və kinoteatrlarda maskaların taxılması məcburi olacaq. Bir həftədən sonra qapalı məkanlara gələnlər (məsələn, gecə klublarında) COVID-19 pasportlarını təqdim etməlidirlər.

Qeyd edək ki, Böyük Britaniyada son sutka ərzində “Omicron” ştamına 131 yoluxma halı qeydə alınıb, bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 568-ə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki