image-qanunla-reklam
image-1638827074_2113

Brüssel sammiti – Revanş ideyaları Ermənistan liderini yeni qarşıdurmaya sürükləyir…

image-lady-day-az

Qanunla.Az ekspert rəylərinin tərcüməsini təqdim edir:

Xəbər verildiyi kimi, dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.
Ekspertlərin bu görüşdən gözləntiləri nədən ibarətdir?
Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanmasına yaxınlaşa biləcəklərmi?
Caliber.Az saytı bu suallarını Ukrayna analitik mərkəzinin prezidenti Aleksandr Oxrimenko, amerikalı siyasi analitik Andey Korıbko, beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert (Ukrayna) Taras Jovtenko, Yaxın Şərq araşdırmalar mərkəzinin direktoru İqor Semivolos, Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasitsa,
Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqdisad elmləri doktoru Stanislav Tkaçenko cavablandırıb.
A. Oxrimenkonun sözlərinə görə, Brüsseldə ilk növbədə Azərbaycan tərəfindən xoş niyyət jestini gözləyirlər.
Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə güzəştlər üçün yollar tapmaq şansı var.
Təəssüf ki, Qafqazda sülh məsələsində çoxsaylı kəskin ziddiyyətlər var.
Ermənistan və Azərbaycan liderlərinin mövqeləri ziddiyyətli olaraq qalır.
Revanş ideyaları Ermənistan liderini yeni qarşıdurmaya sürükləyir, üstəlik, Putin də Qafqazda müharibəni dəstəkləyir və faktiki olaraq onun davam etməsini alqışlayır. Ona görə də çox şey Avropa liderləri və Türkiyədən asılı olacaq, onlar Ermənistanı revanşist meylləri azaltmağa, habelə Azərbaycanı da Qarabağ məsələsində Ermənistana güzəştlər etməyə inandıra bilər.
Brüsseldə ilk növbədə Qarabağ üzərində tam da olmasa, nəzarəti bərpa etmiş Azərbaycan tərəfdən xoş niyyətli jest gözləyirlər. Lakin bu zaman Ermənistan tərəfinə anlatmaq lazımdır ki, Azərbaycan xalqı tərəfindən erməni xalqına qarşı təzyiqlər və təhlükələr olmayacaq.
Sülh o zaman baş verə bilər ki, Ermənistanın və Azərbaycanın sadə sakinləri anlayacaqlar ki, onlar düşmən deyil, qonşudurlar, həmişə yanaşı yaşayıb və yaşayırlar, mübahisə və münaqişələri yalnız dinc yolla və sakit şəraitdə həll etmək mükündür.
Yaranmış vəziyyətdə Qafqazda sülhün qarantının Rusiya deyil, Avropanın olması məqsədəuyğundur. Bu həqiqətən uzunmüddətli sülh üçün şans olardı”,-A.Oxrimenko belə deyib.
A. Korıbko güman edir ki, qarşıdakı danışıqlar noyabr ayında Soçidə iki ölkə liderinin Rusiya prezidenti Putinlə görüşü zamanı əldə olunan irəliləyişə əsaslanacaq.
“Brüsseldə baş tutacaq sammitin rəmzi mənası ondadır ki, həm Əliyev, həm də Paşinyan Qərbə neqativ münasibətin olmaması və onunla praqmatik şəkildə qarşılıqlı əlaqəni davam etməsini nümayiş etmək istəyirlər
Bu, onlar üçün vacibdir, çünki son ildə belə saxta fikirlər yayılıb ki, onlar Rusiya və Türkiyənin təsiri altındadır və müvafiq olaraq onları Qərbin əleyhdarlarına çevirə bilər. Bu, heç də belə deyil.
Həqiqətən də Ermənistan Rusiyanın natamam təsirindədir, çünki 2020-ci ilin noyabr ayında Moskvanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli Bəyanatın  regionda nəqliyyat dəhlizlərinin blokadadan çıxarılmasını nəzərdə tutan 9-cu bəndinin gerçəkləşməsinə mane etməkdə davam edir.
Azərbaycana gəldikdə isə, o, müstəqildir və həm Rusiya, həm Türkiyə ilə eyni dərəcədə gözəl münasibətlər saxlaya bilər.
Həm Ermənistan, həm də Azərbaycan öz xarici siyasətini daha da çox diversifikasiya etmək, oraya mühüm olan Qərb amilini əlavə etmək və dünyanın aparıcı böyük dövlətləri arasında maksimal surətdə balans yaratmaq istəyirlər”,-A.Korıbko qeyd edib.
T. Jovtenko hesab edir ki, Kreml məsələnin mahiyyət üzrə həlli üçün deyil, vəziyyətdən öz mövqelərinin möhkəmlənməsi üçün maksimum səy göstərəcək.
“İndiki vəziyyətdə bu danışıqların perspektivlərini qiymətləndirmək üçün ümumi kontekstdən yanaşmaq lazımdır.
Rusiya Federasiyasının bu münaqişədə marağı və rolu heç kim üçün sirr deyil, həmçinin Moskvanın bu münaqişədən öz siyasi maraqları naminə istifadə etmək, regionda mövqelərini möhkəmlətmək, öz müdafiə ittifaqlarının ideyasını postsovet məkanında, KTMT səvyyəsində olmasa da, ikitərəfli münasibətlərdə yeritmək niyyəti də bəllidir (Belarusla bağlı vəziyyət buna əyani sübutdur).
Ona görə də, birincisi, ziddiyyətlərin tamamilə aradan qalxması və gələcək hərbi toqquşmların qarşısını almaq üçün şəraitin yaradılmasını gözləmək lazım deyil.
İkincisi, Kremlin başı Ukrayna və Belarus ətrafında baş verənlərə qarışdığı dönəmdə Ermənistanla Azəraycan arasında münaqişənin cari vəziyyətini qoruyub saxlamağa və hələlik onun kəskinləşməsinə yol verməməyə köklənib.
Üçüncüsü, danışıqlar özü-özlüyündə Moskva üçün regionda öz “proksi”lərinə təsirini gücləndirmək üçün daha bir dəlil olacaqdır”,-T.Jovtenko deyib.
İ.Semivolos Brüsseldə danışıqların təşkil edilməsi faktının özünü müsbət addım kimi qiymətləndirir, bunu Avropa İttifaqının Cənubi Qafqazdakı vəziyyətə marağının artması ilə əlaqələndirir.
“Görünən odur ki, Avropanın  koronavirusla əlaqədar olaraq qapalılıq dövrü bitir və Brüssel regionda siyasi gündəliyin formalaşmasında daha fəal iştirak etmək istəyir.
Bunu o cümlədən Avropa siyasətçilərinin Gürcüstanda danışıqlarda fəal iştirakı da sübut edir.
İkinci mühüm məqam ondan ibarətdir ki, danışıqlar Şərq Tərəfdaşlığı sammiti çərşivəsində baş tutacaqdır. Bu, ikitərəfli münasibətlərə regionlararası əməkdaşlığın geniş perspektivi baxımından nəzər salmağa imkan yaradacaqdır.
Ümumilikdə, Brüsseldəki danışıqların həlledici problemlər üzrə konkret qərarların qəbul edilməsinə gətirib çıxaracağını proqnozlaşdırmaq çətidir.
Ola bilsin ki,sammitdə əsas diqqət humanitar məsələlərə yönəldiləcək və bu, tərəflər arasında etimadın möhkəmləndirilməsinə şərait yarada bilərdi”,-İ. Semivolos deyib.
K.Tasiç qeyd edir ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasında öz rolunu gücləndirmək istəyir.
“Görüş Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək. Bununla Aİ bu münaqişənin nizamlanmasında öz rolunu gücləndirmək istəyir.
KİV-lərdə verilən məlumatlara görə, avropalılar tərəflərə humanitar məsələlərdə, o cümlədən vətəndaş cəmiyyəti, KİV və s. nümayəndələrinin dialoqu üçün zəmin yaratmağı təklif edə bilər.
Aİ həmçinin sərhədlərin demiitasiyası və demarkasiyası prosesində maliyyə və texniki yardım göstərməyə hazırdır.
Bundan əvvəl Avropa İttifaqının pulları hesabına Gürcüstanla Ermənistan arasında sərhəd keçidləri modernləşdirilib. Ola bilsin ki, infrastrukturun bərpasına və qaçqınların qaytarılmasına yönəlmiş sosial-iqtisadi layihələr elan olunsun”,-K.Tasiç deyib.
S. Tkaçenko güman edir ki, bu görüş əvvəlcədən planlaşdırılıb və həm Avropa İttifaqı ölkələrinin, həm də ABŞ-ın fəal səylərinin və Cənubi Qafqazda sülhün nizamlanmasında fəal iştirakının nəticəsidir.
Brüsselin və Vaşınqtonun belə davranışının bir çox obyektiv səbəbləri var.
Avropa İttifaqı və ABŞ-ın planetin müxtəlif regionlarında münaqişələrdən sonrakı dövrdə dövlətlərin bərpa edilməsində bütün hallarda pozitiv olmasa da, xeyli təcrübəsi var. Bu təcrübəyə minalardan təmizləmə və baza infrastrukturunun bərpası, azad və ədalətli seçkilərin keçirilməsi, legitim dövlət və regional idarəetmə orqanlarının formalaşdırılması, büdcə sisteminin yaradılması və onun resurslarını bərpa işlərinin həllinə yönəldilməsi daxildir.
Aİ və ABŞ bu fəaliyyət istiqamətlərinə təmənnasız maliyyə yardımı və uzunmüddətli kreditlər formasında xeyli vəsait ayırmaq iqtidarındadır.
İndiki vəziyyətdə bu Azərbaycan və Ermənistan üçün nə dərəcə aktualdır?
Hər iki dövlətin liderləri Aİ-nin təkliflərini nəzərdən keçirməkdə maraqlıdır, həm də bütün bu təkliflər Vaşinqtonla razılaşdırılıb.
Amma sonradan Bakı ilə İrəvan onları öz milli maraqları prizmasından nəzərdən keçirəcək.
Onilliklərlə bir-biri ilə düşmənçilik edən iki dövləti birləşdirən maraqlar ilk növbədə sərhədlərin demarkasiyası, sülh sazişinin imzalanması və diplomatik münasibətlərin bərpası, nəqliyyat infrastrukturunun, ilk növbədə Zəngəzur dəhlizinin bərpası məsələləridir.
Bu məsələlərin həlli üçün Azərbaycan və Ermənistana Rusiyanın, Türkiyənin və ola bilsin ki, İranın dəstəyi lazımdır, bu ölkələr Cənubi Qadqazda sülhün və sabitliyinin bərqərar olunmasında maraqlıdır.
Bu zaman nə Moskva, nə Ankara, nə İran bu proseslərdə Aİ və ABŞ-ı fəal iştirakçıların arasında görmək istəmirlər. Onların Qərb tərəfdaşlarının niyyətlərində səmimi olmasına, onların Cənubi Qafqazda vəziyyəti kəskinləşdirmək deyil, yumşaltmaq qabiliyyətinə əsaslı olaraq şübhələri var.
Ona görə də Aİ-yə və Şərq Tərəfdaşlığı sammitində görünməyən ABŞ-a “ikinci dərəcəli diplomatiya” çərçivəsində (ictimai fəalların, ekspertlərin, KİV nümayəndələrinin təmaslarının inkişafına dəstək) hərəkət etmək, habelə planetin digər regionlarında əldə edilmiş  zəngin təcrübədən yararlanmaq üçün öz səylətini təklif etmək lazım gələcəkdır.
Rusiya 2008-ci ildə yarandığı gündən Şərq Tərəfdaşlığı proqramına neqativ münasibət sərgiləyir. Moskva bunu Aİ və ABŞ-ın keçmiş SSRİ məkanımda möhkəmlənməsi üçün “troya atı” qismində görür.
Ona görə də Rusiya diplomatiyası Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsində vasitəçiliyinə ehtiyatlı-neqativ münasibət sərgiləyir”,-S. Tkaçenko deyib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki