image-970_50
image-baku_bus_pulsuz

Bu avtobus da kart sisteminə keçir

image-728_90

Sabahdan etibarən 130 nömrəli müntəzəm marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı Bakı Kart vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Qanunla.Az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı OBA marketlərdə Bakı Kart balansının artırılması üçün POS-terminallar quraşdırılıb.

POS-terminallar aşağıdakı ünvanlarda quraşdırılıb:

– İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəsəbəsi)

– Alim Şəbiyev küç. (Lökbatan qəsəbəsi)

– Seymur Orucov küç. (Lökbatan qəsəbəsi)

– 28 may küç. (Lökbatan qəsəbəsi)

– Həmid Sultanov küç 97b, (Xocasən qəsəbəsi)

– Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəsəbəsi)

– Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki