image-qanunla-reklam
image-ramazan

Bu gecə ilk Qədr gecəsidir

image-lady-day-az

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (Əhya) gecəsidir.

Qanunla.Az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim islam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki